Klub prezidenti hakimlərə qarşı çıxdı
27.10.2008 - 12:02
Bakı - APA-Sport. “Qələbəyə layiq olmasaq da, oyunun hakimlərindən narazıyam. Çünki onlar görüşü həddindən artıq zəif idarə etdilər. Hakimlər Komitəsini təyinat məsələlərində diqqətli olmağa çağırıram. Bu idarəçiliyin arxasında nə dayandığını bilmirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray” klubunun prezidenti Adnan Polat söyləyib.
Komandasının Superliqanın VIII turunda səfərdə “Əskişəhərspor” klubuna məğlubiyyətini dəyərləndirən Polat zəif oynadıqlarını da etiraf edib: “Çox pis oynadıq və sinirlərimizə hakim ola bilmədik. Amma bu rəqibin qələbəsinə kölgə salmamalıdır. “Əskişəhərspor” qələbəyə layiq idi”.

0
0