Sabah “Payız” turniri start götürəcək
27.10.2008 - 15:50
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Azərbaycan Dövlət Texniki Universitetinin İdman Sarayında eşitmə qüsurlu əlillər arasında futzal üzrə ənənəvi “Payız” turnirinə start veriləcək. “APA-Sport”un məlumatına görə, qalib adı uğrunda 4 komanda - “Zirvə”, “Şimşək”, “Birlik” və “Ümid” mübarizə aparacaq.
AFFA ilə Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkil etdiyi yarışın əsas məqsədi eşitmə qüsurlu əlillərdən ibarət futzal üzrə 16 yaşadək, eləcə də əsas milli komandaların heyətini formalaşdırılmaq və qarşıdan gələn beynəlxalq yarışlara hazırlaşmaqdır. Birdövrəli sistemə uyğun keçiriləcək turnir oktyabrın 30-da yekunlaşacaq.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0