“Qalatasaray”dan hər futbolçuya 5000 avro cərimə
28.10.2008 - 12:04
Bakı - APA-Sport. Türkiyə Superliqasının son turunda “Əskişəhərspor”a 2:4 hesablı məğlubiyyətin ardından “Qalatasaray” rəhbərliyi təcili iclas keçirilib. “APA-Sport”un məlumatına görə, yığıncaqda əsasən nizam-intizamla bağlı məsələ önə çəkilib. Rəsmilər “Əskişəhərspor”la görüşdə hakimin qərarlarına etiraz olunmasını, kəskin reaksiya göstərilməsini pisləyiblər.
Xüsusilə, rəqib komandanın ikinci qol epizodunda “Qalatasaray”lıların davranışları bəyənilməyib. “Sarı-qırmızılı” klubun rəhbərliyi ikinci qolun ofsayddan vurulduğunu iddia etdiyindən sarı vərəqə ilə cəzalandırılan futbolçuları - Ümit Karan, Fernando Meyra ve Əmrə Aşıka pul cəriməsi kəsib. Eyni zamanda, qarşılaşma zamanı xəbərdarlıq alan Ayhan Akman və Arda Turan da “qara siyahı”ya düşüb. Beş oyunçunun hərəsi 5 min avro cərimə ödəyəcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0