Bekhemə yeni müştəri
28.10.2008 - 12:22
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərə milli komandasının futbolçusu Devid Bekhemin Avropada yeganə müştərisi “Milan” deyil. “APA-Sport”un məlumatına görə, ABŞ çempionatı MLS-də yaranan fasilə dövrünü icarə əsasında Avropada keçirmək istəyən yarımmüdafiəçinin Milan təmsilçisində çıxış etməsi təkcə futbol ictimaiyyətini düşündürmür. Belə ki, məşhur “Armani” modalar evi də Bekhemin qısa müddətli Milan səfərində maraqlıdır. Kaka və Andrey Şevçenko kimi ulduzlarla imzalanmış müqavilələri olan şirkət Devidi də bu siyahıya əlavə etmək arzusundadır.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0