400 manatlıq təhqir
28.10.2008 - 13:22
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) bu gün keçirilən iclasında 5420 manatlıq cərimə kəsilib. “APA-Sport”un məlumatına görə, NİK Premyer Liqa klubları ilə yanaşı, onların əvəzedici, 17 yaşlılardan ibarət komandaları, habelə birinci divizion və həvəskar klublarını cəzalandırıb. “Bakı”, “Xəzər-Lənkəran”, “Simurq” futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat cərimələnib. Birinci divizion klublarına verilən cəzalar arasında əsas diqqəti çəkən “Göyəzən”in icraçı-direktoru Mehdi Salmanovla bağlıdır. Qazax klubunun rəsmisi “Spartak” (Quba) ilə ev oyununun hakim-inspektoru Ramiz Əliyevi təhqir etdiyi üçün 4 oyunluq texniki zonadan kənarlaşdırılıb. O, hərəkətinə görə 400 manat cərimə məbləği ödəyəcək.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0