“Neftçi” klubunun qənimi yenə Bakıya gəlir
28.10.2008 - 14:06
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Noyabrın 19-da Bakıda Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək Albaniya milli komandasının hücumçusu Hamdi Salihi Tofiq Bəhramov adına Respublika stadionunda qol vurub. “APA-Sport”un məlumatına görə, artıq bir dəfə ölkəmizdə olan 24 yaşlı Salihi Avstriyanın “Rid” klubunun heyətində ötən ilin yayında “Neftçi”nin qəniminə çevrilmişdi. UEFA kubokunun birinci təsnifat mərhələsində təmsilçimizdən güclü olan “Rid” məhz Salihinin qolları sayəsində mərhələ keçmişdi. Salihi Avstriyadakı qarşılaşmanın uzatma dəqiqələrində hesabı 3:1-ə çatdırmaqla, “Neftçi”nin ümidlərini alt-üst etmişdi. Bakıdakı oyunda komandamız 2:0 hesabı ilə öndə olarkən, albaniyalı qol vuraraq Respublika stadionunu sükuta qərq etmişdi.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0