Hakan Şükür bələdiyyə seçkilərinə qatılır?
28.10.2008 - 15:19
Bakı - APA-Sport. Türkiyə futbolunun əfsanəsi Hakan Şükür ictimaiyyəti təəccübləndirməkdə davam edir. “APA-Sport”un məlumatına görə, tezliklə şərhçiliyə başlayacağını bildirən “Qalatasaray”ın sabiq kapitanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı ziyarət edib.
Baş nazirlə bir müddət söhbət edən Hakanın sürpriz görüşünün təfərrüatı açıqlanmayıb. Bununla belə, 37 yaşlı futbolçu Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasından bələdiyyə seçkilərində namizədliyini irəli sürəcəyi təxmin olunur.
Qeyd edək ki, Ərdoğan bir müddət öncə Şükürə siyasətə qoşulmağı məsləhət görmüşdü.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0