Luçesku gedir, Ramos gəlir
28.10.2008 - 15:57
Bakı - APA-Sport. “Şaxtyor” rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb. “APA-Sport”un məlumatına görə, Ukrayna klubunun təmsilçiləri bir neçə gün əvvəl “Tottenhem”dən uzaqlaşdırılan Xuande Ramosla danışıqlar aparırlar.
“Şaxtyor” rəhbərliyi ispan mütəxəssisə hazırkı baş məşqçi Mirça Luçeskunun əvəzləyicisi gözü ilə baxırlar. Belə ki, rumıniyalı çalışdırıcı bir neçə dəfə yanvarda Donetsk klubundan ayrılacağına işarə vurub. Buna səbəb isə “Şaxtyor”un daxili birincilikdə və Çempionlar Liqasında uğursuz çıxış etməsidir.
Qeyd edək ki, Luçesku Türkiyənin tanınmış klublarının da maraq dairəsindədir.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0