Babək Premyer Liqanı fəth etdi
28.10.2008 - 16:10
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Beynəlxalq dərəcəli hakim Babək Quliyev Azərbaycan Premyer Liqasının ən yaxşı ədalət təmsilçisidir. “APA-Sport”un məlumatına görə, çempionatın ilk 9 turunda Quliyev həmkarları ilə müqayisədə hakim-inspektorlardan daha yüksək qiymət alıb. O, digər FİFA hakimi Vüsal Əliyevlə birlikdə idarə etdiyi oyunların sayında da ən yüksək göstəriciyə malikdir. Lakin 7 qarşılaşmada meydana çıxan Əliyevin orta qiyməti yalnız 13-cü olmağa kifayət edir. Digər beynəlxalq dərəcəli hakim Fariz Yusifovun nəticəsi isə hələlik 4-cüdür. O, Anar Niyazovla Anar Salmanovdan da geri qalır. Ümumilikdə, çempionatın ilk 9 turunda baş tutan 62 görüşdə 15 hakim fit çalıb.
Qeyd edək ki, təxminən 1/3 hissəsi arxada qalan Premyer Liqada iki həftəlik fasilə yaranıb.
| hakimlər | orta qiymət | oyun |
1 | Babək Quliyev | 8,11 | 7 |
2 | Anar Niyazov | 8,08 | 6 |
3 | Anar Salmanov | 8,07 | 3 |
4 | Fariz Yusifov | 8,05 | 4 |
5 | İmanxan Sultani | 8,03 | 6 |
6 | Zöhrab Qədiyev | 8,00 | 6 |
7 | Rövşən Əhmədov | 8,00 | 4 |
8 | Elçin Səmədli | 8,00 | 1 |
9 | Əfqan Həmzəyev | 7,98 | 5 |
10 | Elçin Məmmədov | 7,93 | 3 |
11 | Rasim Məmmədov | 7,90 | 3 |
12 | Azad Mütəllimov | 7,90 | 2 |
13 | Vüsal Əliyev | 7,89 | 7 |
14 | Hacıəli Agayev | 7,60 | 3 |
15 | Ceyhun Haşımov | 7,50 | 2 |
Qeyd edək ki, təxminən 1/3 hissəsi arxada qalan Premyer Liqada iki həftəlik fasilə yaranıb.
0
0