Maurinyonu kim qəzəbləndirib?
28.10.2008 - 16:36
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Braziliya yığmasının ən məhsuldar futbolçularından biri olan Adriano klubsuz qala bilər. “APA-Sport”un məlumatına görə, İtaliyanın “İnter” klubu Adrianonu komandadan kənarlaşdırmaq fikrindədir. Buna səbəb 26 yaşlı braziliyalının baş məşqçi Joze Maurinyonun qəzəbinə tuş gəlməsidir. Adrianonun “Milan”dakı həmyerlisi Ronaldinyo ilə gecə klubuna gedib səhərədək əylənməsi son məşqlərdə zəif təsir bağışlamasına gətirib çıxarıb. Gecə həyatı zədə üzündən məşqlərə qatılmayan Ronaldinyodan fərqli, Adfrianoya baha başa gələ bilər.
Qeyd edək ki, Braziliya millisində 29 qol vuran Adriano karyerasını davam etdirən həmyerlilərindən yalnız Ronaldo və Ronaldinyodan geri qalır.
Qeyd edək ki, Braziliya millisində 29 qol vuran Adriano karyerasını davam etdirən həmyerlilərindən yalnız Ronaldo və Ronaldinyodan geri qalır.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0