Fatih Terim həbs oluna bilər
29.10.2008 - 11:58
Bakı - APA-Sport. Türkiyə futbol yığmasının baş məşqçisi Fatih Terim həbs oluna bilər. “APA-Sport”un məlumatına görə, təcrübəli çalışdırıcının 3 aydan 2 ilədək dəmir barmaqlıqlar arxasında oturması mümkündür.
Terim ötən ay “Yeni Şafak” qəzetinin müxbiri Osman Tanburacının şərəf və ləyaqətini alçaltmaqda günahlandırılır. Bununla bağlı, jurnalist sentyabrın 11-də məhkəməyə müraciət edib. İddiada göstərilir ki, Tanburacı dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belçika yığmasına qarşı keçirilən oyundan öncə efirə gedən idman proqramında Terimi tənqid atəşinə tutub. Bundan qəzəblənən baş məşqçi verilişdən sonra, sentyabrın 9-da jurnalistlə telefon əlaqəsi saxlayaraq, onu söyüşə “qonaq” edib.
İlkin istintaq zamanı Terimin göstərilən tarixdə Tanburacıya həqiqətən də zəng vurduğu müəyyənləşib. 55 yaşlı məşqçi haqqında Türkiyə Cinayət Məcəlləsinin 125.1 maddəsi üzrə cinayət işi açılıb.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0