Ronaldo: “Mənim üçün arıqlamaqdan çətin heç nə yoxdur”
29.10.2008 - 15:25
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Həddən artıq kökəlmişəm. Artıq paltarlarım da əynimə zorla girir”. “APA-Sport”un məlumatına görə, bunu Braziliya milli komandasının sabiq hücumçusu Ronaldo deyib. 32 yaşlı futbolçu nəfsi ilə bacarmadığını etiraf edib: “Süfrədə olan hər şey o qədər dadlı olur ki... Amma onları yemək artıq çəkiyə səbəb olur. Mənim üçün arıqlamaqdan çətin heç nə yoxdur. Buna baxmayaraq, milli komandaya qayıtmaq üçün hər şeyə hazıram. Mən hələ də yığmada oynamağı arzulayıram. Bu həyatımın bir hissəsidir. Ora düşmək üçün isə yaxşı komandada oynamalıyam”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0