Kazımın üç şərti var
29.10.2008 - 16:13
Bakı - APA-Sport. Türkiyə futbol yığmasının üzvü Kazım Kazım çıxış etdiyi “Fənərbaxça” rəhbərliyini növbəti dəfə təəccübləndirib. “APA-Sport”un məlumatına görə, gənc yarımmüdafiəçi klub rəsmilərinə üç şərt irəli sürüb.
Komanda ilə 2010-cu ilədək müqaviləsi olan Kazım bu müddətin uzadılmasını tələb edib. O, həmçinin 1 milyon avroluq illik maaşının artırılmasını istəyib. Kazımın üçüncü tələbi isə reklam gəlirləri ilə bağlıdır. Belə ki, gənc futbolçu reklam çəkilişlərindən gələn pulun ədalətli bölüşdürülməsi üçün xüsusi müqavilənin bağlanmasını tələb edib.
2007-ci ildə transfer olunan Kazım tələbləri yerinə yetirilməyəcəyi təqdirdə “Fənərbaxça”nı tərk edəcək.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0