UEFA-nın Azərbaycana növbəti etimadı
29.10.2008 - 17:23
Bakı. Aqşin Əliyev - APA-Sport. UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında quruma üzv assosiasiyaların baş katiblərinin toplantısı olub. “APA-Sport”un məlumatına görə, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov da iştirak edib.
UEFA-nın prezidenti Mişel Platini və baş katib Devid Teylorun iştirakı ilə bu gün keçirilən tədbirdə ölkəmizlə bağlı qərar çıxarılıb. Belə ki, AFFA rəsmən UEFA-nın Kütləvi Futbol Proqramına qoşulub. Bununla əlaqədar müvafiq sənədi AFFA tərəfindən Elxan Məmmədov imzalayıb.
Qeyd edək ki, Kütləvi Futbol Proqramının əsas məqsədi qitənin müxtəlif ölkələrində “idman şahı”nı daha da kütləviləşdirməkdən, məhəlli və uşaq futbolunu inkişaf etdirməkdən ibarətdir.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0