Messi kumirinə inanır
29.10.2008 - 18:23
Bakı - APA-Sport. “Dieqonun məni qiymətləndirdiyini bilirəm. Fikrimcə, aramızda fikir ayrılığı olmayacaq. Onun yığmanın baş məşqçi postuna təyinatında pis heç nə görmürəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri Argentina yığmasının və “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi söyləyib.
Dünya futbolunun əfsanəsi Maradonanın yığmaya təyinatına sevindiyini deyən Messi kumirinin rəhbərliyi altında uğur qazana biləcəklərinə işarə vurub: “O, dahi futbolçu olub. Mən Dieqo ilə qürur duyuram. Argentina futbolu üçün çox işlər görüb. Məşqçi kimi sözünü deyəcəyinə də inanıram. Fikrimcə, biz artıq dünya çempionluğunu qazanmalıyıq”.
Qeyd edək ki, Maradona Argentina yığmasının baş məşqçisi qismində sabah təqdim olunacaq.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0