Əkbər Hacıyevin son qərarı
30.10.2008 - 11:13
Bakı - APA-Sport. “Neftçi”nin 6 futbolçusunun əsas heyətdən uzaqlaşdırılması klubun prezidenti Əkbər Hacıyevin razılığı ilə həyata keçirilib. Bunu “APA-Sport”a açıqlamasında flaqmanın vitse-prezidenti İlqar Quluzadə bildirib.
“Prezidentimiz baş məşqçi Hans-Yurgen Gedenin apardığı islahatlara hörmətlə yanaşır və onun çıxardığı qərarları dəstəkləyir” - deyə Quluzadə vurğulayıb. Bununla yanaşı, vitse-prezident komandanın Premyer Liqada çıxışından narazılığını gizlətməyib. O, futbolçuların qəsdən oynamadıqları haqda səslənən fikirlərə münasibət bildirməsə də, Gedenin məşq prosesinin qaneedici olduğunu söyləyib.
Quluzadə onu da əlavə edib ki, “Neftçi” dövrələrarası fasilədə xarici ölkələrdə təlim-məşq toplanışı keçəcək: “Təbii ki, heyətimizi yeni futbolçularla gücləndirmək niyyətindəyik. Qarşıdakı turlarda gənclərə etimad göstərəcəyik. İkinci dövrəyə Türkiyə və İspaniyada hazırlaşmağı nəzərdə tutmuşuq”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0