Milli komandanın futbolçusu borc içində üzür
30.10.2008 - 11:44
Bakı. Mehman Süleymanov - APA-Sport. “Fənərbaxça” klubunun futbolçusu Gökhan Könül komanda rəhbərliyinə 2010-cu ildə başa çatacaq müqaviləni uzatmaqla bağlı müraciət edib. “APA-Sport”un məlumatına görə, rəhbərlik müdafiəçidən tələskənliyin səbəbini soruşanda məsələyə aydınlıq gəlib. Sən demə, Gökhan yaxınlarda ev və 190 min avro məbləğində “Lamborcini” markalı avtomobil alandan borca düşüb. Buna görə də o, bütün diqqətini futbola yönəldə bilmir. Könülün fikri belə bahalı şeyləri alandan sonra bankdan götürdüyü krediti necə ödəyəcəyində qalıb. “Fənərbaxça” rəhbərliyi Türkiyə yığmasının da şərəfini qoruyan futbolçusunun müraciətini rədd edib. Onların fikrincə, Gökhan başa çatmasına hələ iki il qalan müqaviləni müddətini indidən uzatmaqla bağlı çox qəribə səbəb göstərib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0