Xodukinə “atıblar”
30.10.2008 - 15:29
Bakı. Mehman Süleymanov – APA-Sport. “Neftçi”dən kənarlaşdırılan futbolçuların mənə lazım olub-olmamağı ilə bağlı verilən suala cavabım yoxdur. Hansının transferində maraqlı olacağamsa, bunu səssiz-səmirsiz reallaşdıracağam”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
“Başına gələn başmaqçı olar” məsəlini xatırladan ukraynalı mütəxəssis üç il öncə üzləşdiyi hadisəni yada salıb: “Həmin vaxt bir sıra tanınan yerli futbolçuları transfer etməyə hazırlaşırdıq. Hətta əvvəldən onlara avans kimi pul da vermişdik. Sonradan onlar aldıqlarını geri qaytararaq, başqa klubun şərti olaraq göstərdiyi 100 min dollarlıq təklifini qəbul etdilər. Bununla, pis vəziyyətdə qaldım və planlarım pozuldu. Bir sözlə, mən artıq bu yolu keçmişəm və daha futbolçuları reklam etməyəcəyəm. Kimi komandaya götürmək istəsəm, bunu onun qulağına pıçıldayacağam”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0