Maradona azarkeşlərə gülür
30.10.2008 - 16:14
Bakı. Mehman Süleymanov - APA-Sport. Argentina yığmasının yeni baş məşqçisi Dieqo Maradona onu bu postda görmək istəməyənlərin cavabını verib. “APA-Sport”un məlumatına görə, 48 yaşlı dünya çempionuna məşqçilik təcrübəsi olmadığı halda, belə vəzifənin etibar edilməsi argentinalı azarkeşlər arasında narazılığa səbəb olub. Keçirilən sorğuda iştirak edənlərin çoxunun Maradonanın təyinatına qarşı çıxması səbəbkarı özündən çıxarıb: “Mənə təcrübəsiz deyənlərə gülməyim gəlir. Milli komandada 20 illik oyun təcrübəm var. Əlbəttə, futbol dəyişilir, ancaq ümumilikdə götürdükdə hər şey çoxdan icad olunub. Elə düşünmürəm ki, kimsə məni təəccübləndirə bilər. Ən əsası odur ki, təyinatım vaxtında oldu”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0