Türk futbolçu AFFA ilə müqavilə bağlamağa gəlir
30.10.2008 - 17:05
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan milli komandasının rəhbərliyi Cemlə danışmaq üçün evimizə gəlmişdilər”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycan yığmasına dəvət olunan, Almaniyada yaşayan türk futbolçu Cem Fələkin atası Vural Fələk deyib. O, bildirib ki, “Ayntraxt”ın 13 yaşlılardan ibarət komandasının baş məşqçisi Karl Roterlə birlikdə Bakıya dəvət olunublar: “Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi Bernard Lippertlə bir neçə nəfər evimizə təşrif buyurmuşdu. “Hoffenhaym” və “Ayntraxt”da çalışdığı vaxtlardan tanıdığım Lippert artıq 4 ildir bizi izləyir. O, Cemin böyük ulduz olacağını bildirərək, oğluma Azərbaycan yığmasının formasını geyindirmək istədiyini söylədi. Çox yaxşı bir müqavilə də təklif etdilər. Qarşıdakı günlərdə Azərbaycanda həmin anlaşmaya imza atacağıq”.
0
0