“Bakı” - “Qafqaz Universiteti” - 10:0
30.10.2008 - 17:16
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin üç oyunu keçirilib. “APA-Sport”un məlumatına görə, “Bakı” turnirin debütantı olan “Qafqaz Universiteti” klubuna futbol dərsi keçib. 2005-ci ildə kuboku qazanan bakılılar debütantın qapısından 10 cavabsız top keçiriblər. Üç ölkənin – Gürcüstan, Rusiya və Ukraynanın bombardiri olan Georgi Demetradze Azərbaycanda ilk het-trikini rəsmiləşdirib. 10:0 mövsümün rekordu olsa da, turnirin tarixində heç də ən böyük hesablı qələbə deyil. Belə ki, 2003/04 mövsümünün 1/8 mərhələsində “Şəfa” klubu “Lider Qarabağ”ı səfərdə 14:0 hesabı ilə məğlub etmişdi. Digər iki oyunda da qol vura bilməyən qonaqlar böyük hesabla uduzublar. “Xəzər-Lənkəran”la “Qarabağ” zəif rəqiblərini Premyer Liqada olduğu kimi, kubokda da yeniblər. Zaur Ramazanov “Qarabağ”da ilk qollarını keçmiş komandasına vurub.
“Xəzər-Lənkəran” – NBC - 3:0
Klaudiu Radukanu, 20, 38, Renato, 60
“Bakı” – “Qafqaz Universiteti” – 10:0
Əhməd Ticani, 25, Georgi Demetradze 35, 75, 78, Stanislav Baçev 37, Bruno Bastilya, 53, Ernad Skuliç, 82, Ramazan Abbasov, 89, Georgi Xristov, 85, 90
“Qarabağ” – “Bakılı” – 3:0
Zaur Ramazanov, 24, 88, Nidal Fərhatoviç, 53
Qeyd edək ki, 1/8 finalın son iki oyunu - “Simurq” – “Spartak” və “Olimpik” – “Karvan” görüşü bu gün keçiriləcək.

0
0