Pele Maradonaya sataşdı
31.10.2008 - 10:52
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Əfsanəvi Dieqo Maradonanın Argentina milli komandasına baş məşqçi təyin olunmasına futbol kralı Pele də biganə qalmayıb. “APA-Sport”un məlumatına görə, 68 yaşlı braziliyalı onunla yanaşı ötən əsrin futbolçusu seçilən Maradonaya uğurlar arzulayıb. Pele heç də ideal münasibətləri olmayan argentinalının uğuruna şübhəsi olduğunu da dolayısı ilə etiraf edib: “Təcrübə göstərir ki, dahi futbolçular dahi məşqçi ola bilmir. Düzdür, bunun əksini təsdiqləyən nümunələr də var. Elə götürək Vanderley Luşemburqunu. Braziliya yığmasının baş məşqçisi kifayət qədər babat oyunçu olub. Ondan heç də pis məşqçi çıxmayıb. Buna baxmayaraq, Maradonaya Argentina millisinin baş məşqçi vəzifəsində uğurlar arzulayıram. İstəyirəm ki, onda hər şey alınsın”.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0