Sorğu: “Neftçi” klubunun üzləşdiyi uğursuzluğun günahkarı Ramin Musayevdir
31.10.2008 - 13:33
Sorğu: “Neftçi” klubunun üzləşdiyi uğursuzluğun günahkarı Ramin Musayevdir
Bakı - APA-Sport. Bakının “Neftçi” klubunun Premyer Liqada uğursuz çıxış etməsinin günahkarı tapılıb. “APA-Sport”un İnternet saytında aparılan növbəti sorğunun nəticəsinə əsasən, flaqmanın cari mövsüm zəif təsir bağışlamasının baiskarı keçmiş vitse-prezident Ramin Musayevdir.

İki həftə ərzində 1924 nəfər saytımızı ziyarət edərək, “Sizcə, cari mövsüm “Neftçi” futbol klubunun uğursuz çıxış etməsində günahkar kimdir” sualını cavablandırıblar. Respondentlərin çoxu klubun sabiq vitse-prezidenti Ramin Musayevi günahkar sayıblar - 29,37 faiz; 565 nəfər. Bundan başqa, 552 nəfər sorğunu sualına cavab verməyə çətinlik çəkib.

Digər variantlara isə nisbətən az səs verilib. Komandanın hazırkı rəhbərliyini suçlayanların sayı 467 nəfərə bərabərdir. Müsabiqəyə qatılanların 13,51 faizi futbolçuları səbəb göstəriblər. Flaqmanın almaniyalı baş məşqçisi Yurgen Gedeni isə 80 respondent günahlandırıb.

Qeyd edək ki, hazırda “Neftçi” Premyer Liqada 9 xalla 10-cu pillədə qərarlaşıb.





0