Hakimi döyən futbolçuya 10 illik cəza verildi
31.10.2008 - 16:01
Bakı. Mehman Süleymanov - APA-Sport. Çində hakimi döyən futbolçu 10 il müddətinə diskvalifikasiya olunub. “APA-Sport”un məlumatına görə, Tszıbo şəhərinin “Tczıbo İndastrial İnsityuşn” klubunda çıxış edən Çjan Dun “Huantay Klassik” ilə görüşdə dava salıb. Onun komanda yoldaşı Tszan Vey da bu qalmaqalda iştirak edib və 5 il müddətinə cəzalandırılıb. Futbolçulardan birinə ikinci sarı, ardından qırmızı vərəqə göstərən hakim etdiklərinə peşman olub. Referinin üstünə cuman futbolçular ona bir neçə zərbə endiriblər. Bu azmış kimi, Çjan həm baş, həm də ehtiyat hakimin sarı və qırmızı vərəqələrini əlindən alıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0