NBC Premyer Liqada oynamayacaq
31.10.2008 - 16:19
Bakı – APA-Sport. Azərbaycan Premyer Liqasının debütantı Salyanın NBC klubunun adı dəyişdirilib. “APA-Sport”un məlumatına görə, bununla bağlı Peşəkar Futbol Liqasına məktub ünvanlanıb. Sənəddə bildirilir ki, rəhbərliyin və oyunçuların ümumi qərarına əsasən, bundan sonra NBC “Muğan” PFK adlandırılıb.
Artıq müvafiq sənədləşmə işləri başa çatıb. Bu isə o deməkdir ki, noyabrın 6-da Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsində komanda “Xəzər-Lənkəran”la cavab oyununa “Muğan” adı altında çıxacaq.
Qeyd edək ki, indiyədək Azərbaycan çempionatında “Muğan” klubu mübarizə aparıb. 2006-cı ildə təsis olunan və Sabirabadı təmsil edən komanda uğursuz oynadığından, cəmi bir neçə ay sonra dağılmışdı.
Mənbə: pfl.az

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0