“Bakı” “Şəfa”nın yolu ilə gedir
31.10.2008 - 17:07
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” – “Qafqaz Universiteti” görüşü Azərbaycan kuboku yarışlarının tarixinə düşüb. “APA-Sport”un hesablamalarına görə, paytaxtın eyniadlı təmsilçisinin 10:0 hesabı ilə qalib gəldiyi matçın nəticəsi üç rəqəmlə ifadə olunub. Bu, ölkə kuboku tarixində 10-cu oyundur ki, komandalardan biri ən azı 10 qol vurur. Bu qarşılaşmalardan biri yarımçıq dayandırılan və nəticələri ləğv olunan 2001/02 mövsümünə təsadüf edib. Kubok matçında bu nəticəyə imza atan ilk komanda “Kürmük” olub. Qaxlılar 15 il əvvəl bunu bacarıb. Sonuncu dəfə isə 5 il əvvəl “Şəfa” coşmuşdu ki, onda bakılılar 14 dəfə fərqlənmişdi. Ümumiyyətlə, “Şəfa” 10 qol həddini 3 dəfə aşan yeganə komandadır. “Bakı” isə ikinci dəfə belə uğura imza atıb.
mövsüm | qalib komanda | məğlub komanda | hesab |
1993 | “Kürmük” (Qax) | “Göyçay” | 10:0 |
1994/95 | “Turan” (Tovuz) | U-18 (Bakı) | 10:2 |
1995/96 | “Kəpəz” (Gəncə) | LDU”Xəzər” (Lənkəran) | 12:1 |
1997/98 | “Şəfa” (Bakı) | HHQ (Bakı) | 14:0 |
1997/98 | “Qarabağ” (Ağdam) | “Naftalan” | 12:0 |
1997/98 | “Kür-Nur” (Mingəçevir) | “Babək-44” (Bakı) | 12:0 |
1999/2000 | “Dinamo” (Bakı) | “Dəniz neftçiləri”(Bakı) | 10:1 |
2001/02 | “Şəfa” (Bakı) | “Xəzər” (Lənkəran) | 12:2 |
2003/04 | “Şəfa” (Bakı) | “Lider-Qarabağ” (Ağdam) | 14:0 |
2008/09 | “Bakı” | “Qafqaz Universiteti”(Bakı) | 10:0 |
0
0