Ramin Musayev: Əhməd kimdir?
31.10.2008 - 18:41
Bakı. Mehman Süleymanov - APA-Sport. “Mənim Əhməd adında bacım oğlu yoxdur”. Bunu “APA-Sport”a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Dünən “Neftçi” klubunun almaniyalı baş məşqçisi Hans-Yurgen Gedenin ünvanına keçirdiyi mətbuat konfransı zamanı “monqol” dediyi söylənilən Əhməd adlı şəxs vaxtilə çexiyalı çalışdırıcı Vlastimil Petrjelanın sürücüsü işləyib. Həmin şəxsin Musayevin bacısı oğlu olduğu deyilsə də, PFL başçısı bunu təkzib edib: “Bu, doğru deyil. Çoxları mənə “dayı” deyir. Məgər bu, onların bacım oğlanları olması deməkdir? Dilimizdə belə sözlər hörmət əlaməti olaraq işlənilir. Amma bununla, kiminsə kiməsə qohum olduğunu demək düzgün deyil”.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0