Subaşiç cəzalandı
03.11.2008 - 10:10
Subaşiç cəzalandı
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiçin çıxış etdiyi “Srvena Zvezda” klubu Serbiya çempionatında növbəti oyununu keçirib. “APA-Sport”un məlumatına görə, Belqrad təmsilçisi XI turda birinciliyin autsayderi “Rad”ı məğlub edib – 2:0.
Start heyətində yer alan Subaşiç 90 dəqiqə meydanda olub. Serbiya çempionatında ilk sarı vərəqəsini olan 26 yaşlı hücumçunun oyunu 6 balla qiymətləndirilib. Ölkə çempionatının birinci dövrəsinin son turundakı qələbədən sonra hesabında 17 xal olan “Srvena Zvezda” IV yerdə qərarlaşıb. Noyabrın 8-də start götürəcək ikinci dövrənin ilk qarşılaşmasında belqradlılar “Voyvodina”nı qəbul edəcək.

Qeyd edək ki, Subaşiç birinci dövrənin 11 oyunundan 8-də iştirak edib. Həmin görüşlərin 5-də start heyətində meydana çıxan hücumçu iki dəfə 90 dəqiqə meydanda olub. Hesabında 3 qol və 1 sarı vərəqə olan Branimirin göstərdiyi oyun orta hesabla 6,35 balla qiymətləndirilib.


0