Adamiya qərarını verdi
03.11.2008 - 15:31
Bakı. Mehman Süleymanov – APA-Sport. Rəşad Sadıqov və Aleksandr Çertoqanovun ardınca Georgi Adamiya da “Neftçi-2” komandasında yer alıb. Bu barədə “APA-Sport”a açıqlama verən gürcüstanlı futbolçunun sözlərinə görə, atdığı addım alman baş məşqçi Hans-Yurgen Gedenin tələbi ilə bağlı deyil: “Məni ikinci komandaya heç kim göndərməyib. Sadəcə, formamı itirməmək üçün “Neftçi-2”nin hazırlığında yer aldım. İlk məşqim bu gün olub”.
“Neftçi-2”nin baş məşqçisi Arif Əsədovla tanışlığı olan Adamiya əvəzedicilərin çempionatında oynamağa hazırdır. Üç il öncə “Neftçi”nin heyətində Azərbaycan çempionu, “Birlik kuboku”nun bombardiri (6 qol) bombardiri olan 27 yaşlı gürcü hücumçu bunu özün üçün qəbahət saymır: “Rəşadla Saşadan fərqli, ötən həftəsonu “Neftçi-2”nin heyətində meydana çıxmamağım heç də əvəzedicilərdə çıxış etməyi özümə sığışdırmamaqla bağlı deyil. Sadəcə, həmin vaxt klub rəhbərliyi ilə görüşdə olduğumdan, oyuna yollanmadım. Lazım gələrsə, əvəzedicilərin çempionatında oynayaram. Bu, karyeramda ilk dəfə olacaq. Bura gələnədək vətənimdə çıxış etdiyim zamanı ikinci komandada yer almamışam. Ancaq indi elə vəziyyətdir ki, müqaviləyə görə düşən öhdəçiliyi yerinə yetirməliyəm”.
Qeyd edək ki, Adamiyanın “Neftçi” ilə cari mövsümün sonuna qədər müqaviləsi var.

- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0