Milli komandanın futbolçusu baş məşqçidən üzr istəyib
05.11.2008 - 10:31
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya milli komandasının yarımmüdafiəçisi Torsten Frinqs dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı çıxış edə bilər. “APA-Sport”un məlumatına görə, son iki seçmə matçda start heyətinə düşmədiyi üçün baş məşqçi Yoahim Lövdən inciyən 32 yaşlı futbolçu çalışdırıcıdan üzr istəyib. Əvvəl milli karyerasını bitirdiyini bəyan edib sonra fikrindən daşınan Frinqslə Almaniyanın paytaxtı Berlində baş tutan görüşdən sonra Löv razılığa gəldiklərini bildirib: “Torstenə yığma üçün vacib oyunçu olduğunu deyib, güclü rəqabətin olmasını başa düşməyi tövsiyə etdim. O da mənimlə razılaşıb üzr istədi”.
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0