Azərbaycan kubokunun ¼ mərhələsinə yüksələn klublardan beşi bəllidir
05.11.2008 - 16:06
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün Azərbaycan kuboku uğrunda ¼ final mərhələsinə çıxan ilk beş komandanın adı bəlli olub. “APA-Sport”un məlumatına görə, “Karvan”la “Olimpik”in cari mövsümdə üçüncü görüşü də paytaxt klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da Əsgər Abdullayevin çalışdırdı komanda ardıcıl ikinci ildir kubokun ¼ finalına yüksəlib. “Olimpik”in həmin mərhələdə rəqibi “Qəbələ” klubu olacaq. Qəbələlilər autsayder “Turan”ı səfərdə də eyni hesabla məğlub edib.
“Olimpik”lə “Qəbələ”dən fərqli, kubokun qalibi olmuş “Qarabağ”ın növbəti rəqibi “Neftçi” olacaq. Ən zəif mövsümünü keçirən flaqman alman baş məşqçisi Hans-Yurgen Gedenin rəhbərliyi altında ikinci qələbəsini də “Şəfa” stadionunda MOİK klubu üzərində qazanıb. Gede “hərbçilər”i Premyer Liqada da böyük hesabla məğlub edib (3:0). “Simurq” Zaqataladakı stadionunda “Spartak”a bir həftə ərzində “divan tutub”. Ukraynalı mütəxəssis Roman Pokoranın çalışdırdığı komanda Qubanı təmsil edən birinci divizion klubunun qapısından iki oyunda 15 top keçirib.
“Turan” – “Qəbələ” – 1:2 (ilk oyun – 1:2)
“Karvan” – “Olimpik” – 0:1 (0:1)
“Bakılı” – “Qarabağ” – 0:0 (0:3)
MOİK – “Neftçi” – 0:3 (0:5)
“Spartak” – “Simurq” – 0:8 (1:7)

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0