Xodukin uzağı görmür
05.11.2008 - 16:44
Bakı. Mehman Süleymanov - APA-Sport. “Kubokda payımıza çətin rəqib düşüb. Hər halda, “Standard” 0:10, 1:7 hesabı ilə uduzan komanda deyil”. Bunu “APA-Sport”a açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib.
Azərbaycan kubokunda qarşılarına güclü rəqib çıxdığını hesab edən 69 yaşlı ukraynalı mütəxəssis bəxtdən şikayətlənmir: “Onsuz da bunun heç bir faydası yoxdur. Kubokda bəxtinə hansı rəqib düşürsə, ona qarşı da oynamalısan. Sadəcə, “Standard” zəif komanda olmamağı işi çətinləşdirir. sabahkı oyuna ciddi hazırlaşıb, qələbə qazanmaq iddiasındayıq. Öz meydanımızda 2:2 hesablı heç-heçə bizi ruhdan salmır. Onsuz da hər şey sıfırdan başlayacaq və rəqib müdafiəyə çəkilməyib, qol vurmağa, qalib gəlməyə çalışacaq. Mən naşükür insan deyiləm. İlk oyunda uduza da bilərdik. Ancaq son 20 dəqiqədə oyunun axarını dəyişərək, məğlubiyyətdən qaçdıq. Komandamız sabah da xarakterini göstərməlidir. “Standard”ı keçməklə, finala çıxmağı təmin etməyimizi demək olmaz. Mən o qədər uzağa baxmıram”.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0