Pokora: yüzdə qalan düzdə qalmaz
05.11.2008 - 18:35
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Zaqatalanın “Simurq” klubu indiki baş məşqçisi Roman Pokoranın rəhbərliyi altında 100-cü qolunu vurub. “APA-Sport”un məlumatına görə, zaqatalalıların hücumçusu Tural Cəlilov Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Spartak”la cavab oyununda ukraynalı məşqçisinin yubiley qolunun müəllifi olub. Quba təmsilçisi ilə görüşün 69-cu dəqiqəsində fərqlənən Tural matçda 7-ci topu rəqib qapısından keçirib. Cəlilov ötən ay komandasının Zaqatalada vurduğu ilk qolun müəllifi kimi də tarixə düşmüşdü.
Qeyd edək ki, Zaqataladakı qarşılaşma həm də “Simurq”un ölkə kuboku tarixində ən böyük hesablı qələbəsidir. Ötən həftə “Spartak”la ilk matçda (7:1) şəxsi rekordunu yeniləyən Pokoranın yetirmələri bu gün 8:0 hesabı ilə qalib gəlməklə, həmin nəticəni də arxada qoydu.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0