AFFA rəhbərliyi yubilyarı təbrik etdi
06.11.2008 - 12:12
Bakı - APA-Sport. Bu gün AFFA-da veteran futbolçu Rafiq Qayıbovla 70 illik yubileyi münasibətilə görüş keçirildi. Baş katib Elxan Məmmədov assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından Qayıbovu təbrik edərək ona cansağlığı, uzun ömür və işlərində yeni-yeni uğurlar arzulayıb. Qeyd olundu ki, AFFA rəhbərliyi veteran futbolçulara daim qayğı ilə yanaşmaqla, onların dəyərli məsləhətlərindən hər zaman istifadə etməyə çalışır. Belə veteranlarımızdan biri də Rafiq Qayıbovdur.
1958-ci ilə qədər aşağı yaş qruplarından ibarət komandalarda oynayan Qayıbov 1962-ci ildə “Burevestnik” cəmiyyətinin ölkə çempionu olmasında xüsusi rolu ilə seçilib. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və o vaxtdan Bədən Tərbiyəsi və İdman Akademiyasında işləyir. Hazırda kafedra müdiridir. Uzun müddət “Neftçi” futbol klubunda və futbol federasiyasında elmi-metodiki şuraya rəhbərlik edib. Respublikanın əməkdar müəllimidir.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0