“Qarabağ”ın qara bəxti...
06.11.2008 - 15:35
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu üç il yarımdır “Neftçi”ni üstələyə bilmir. “APA-Sport”un məlumatına görə, Azərbaycan Premyer Liqasının X turunda flaqmanla qarşılaşacaq ağdamlılar 2005-ci ilin mayından indiyədək rəqibini xalsız qoymayıb.
2004/05 mövsümünün XXX turunda öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” növbəti 7 matçda 4 heç-heçə ilə kifayətlənib. Son 42 aydakı görüşlərdə 3 dəfə rəqibindən 3 xal alan “Neftçi”nin qapısı da ağdamlılar üçün tilsimlənib.
“Qarabağ” 2005-ci ilin avqustundan əzəli rəqibi ilə çempionat oyunlarında qol vura bilmir. 2005/06 mövsümünün II turunda qarşılaşan rəqiblərin görüşündə ağdamlıların son qolunu Sergey Kravçenko vurub. 3 il 3 ay əvvəl avqustun 22-də 2:2 hesabı ilə bitən oyunda Ukrayna yığmasının futbolçusu 52-ci dəqiqədə fərqlənmişdi. Həmin qarşılaşmadan sonrakı 5 matçda isə yalnız “Neftçi” qol sevinci yaşayıb.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0