“Anortosis” klubunun qapıçısı Bakıya gəlir
06.11.2008 - 17:26
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Noyabrın 19-da Azərbaycanla yoldaşlıq oyunu keçirəcək Albaniya yığmasının heyəti açıqlanıb. “APA-Sport”un məlumatına görə, rəqib komandanın baş məşqçisi Ari Haan Bakıya 20 futbolçu gətirəcək. Hollandiyalı çalışdırıcı İtaliya, Fransa, Almaniya çempionatlarında top qovan legionerləri də yığmamızla matça dəvət edib. Albaniya yığmasının heyətində Türkiyənin “Hacettepe” komandasının üç oyunçusu da yer alıb. Kipr komandalarından dəvət olunan oyunçular arasında isə Çempionlar Liqasında sensasiyaları sıralayan “Anartosis” klubunun qapıçısı fərqlənir.
Qapıçılar: Aryan Beqay (“Anortosis”, Kipr), İsli Hidi (“Alki”, Kipr), Saymir Uykani (“Palermo”, İtaliya).
Müdafiəçilər: Armend Dallku, Debatik Kurri (hər ikisi “Vorskla”, Ukrayna), Kristi Vangyeli (“Aris”, Yunanıstan), Endri Vrapi (“Elbasani”), Elvin Bekiri (“Vlajniya”), Lorik Kana (“Marsel”, Fransa).
Yarımmüdafiəçilər: Altin Lala (“Hannover-96”, Almaniya), Klodian Duro (“Omoniya”, Kipr), Ervin Skela (“Enerji”, Almaniya), Ansi Aqolli (“Tirana”), Ervin Bulku (“Krivbass”, Ukrayna), Admir Teli (“Hacettepe”, Türkiyə), Elis Bakay (“Partizani”).
Hücumçular: Gilman Lika, Cevahir Sukay (hər ikisi “Hacettepe”, Türkiyə), Besart Berişa (“Rusenborq”, Norveç), Ercon Boqdani (“Kyevo”, İtaliya).

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0