Xodukin: “Nəticəyə oynamağa məcbur idik”
06.11.2008 - 19:28
Bakı. Kənan Həsənov - APA-Sport. “Biz yalnız qələbə haqda fikirləşirdik. Məqsədimiz oyunun taleyini ilk hissədə həll etmək idi”. “APA-Sport”un məlumatına görə, bu sözləri “İnter klubunun baş məşqçisi Valentin Xodukin söyləyib.
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Standart”la oyunu dəyərləndirən ukraynalı mütəxəssis baxımlı futbol haqda fikirləşmədiklərini bildirib: “Belə vəziyyətdə baxımlı futbol haqda düşünmək çətindir. Daha çox nəticəyə oynamağa məcbur idik. Sevinirəm ki, yetirmələrim verdiyim tapşırıqları yerinə yetirib, qarşıya qoyulan vəzifənin öhdəsindən gəldilər. Bu tip oyunlar hafizələrdə çox qalacaq”.
Qeyd edək ki, rəqibinə 2:1 hesabı ilə qalib gələn “İnter” Azərbaycan kubokunun ¼ finalına yüksəlib.

- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
0
0