Püşk Azərbaycanla Fransanı üz-üzə gətirdi
19.11.2008 - 15:33
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol üzrə milli komandasının Avropa çempionatının (AÇ) elit mərhələsindəki rəqibləri bəlli olub. “APA-Sport”un məlumatına görə, bu gün UEFA-nın Nyon şəhərində yerləşən mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən, yığmamız Fransa, Uels və Portuqaliya milli komandaları ilə bir qrupa düşüb.
Elit mərhələnin oyunları 2009-cu il aprelin 23-dən 28-dək keçiriləcək. AÇ-nin final mərhələsinə qrup liderləri və ən yaxşı göstəricilərlə ikinci yeri tutan komanda vəsiqə qazanacaq. Belarus isə yarışa ev sahibi qismində birbaşa qatılacaq.

- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0