“Neftçi”nin bəyənmədiyi futbolçu Türkiyədə oynayacaq
19.11.2008 - 15:42
“Neftçi” klubunun baxışa dəvət etdiyi futbolçu yeni komandası ilə müqavilə bağlamağa yaxındır. “APA-Sport”un məlumatına görə, bir müddət əvvəl flaqmanın sınayıb bəyənmədiyi Uğur Yıldırım Türkiyənin “Ərciyəsspor” klubu ilə ilkin razılığa gəlib. Türkiyə çempionatının birinci dəstəsində çıxış edən Kayseri təmsilçisi 26 yaşlı türk əsilli hollandiyalı futbolçunun son il yarımda çıxış etdiyi üçüncü türk komandası olacaq. 2007/08 mövsümündə “Qaziantepspor” və “Sivasspor” kublarında keçirən Uğura yaydan başlayaraq özünə Avropada komanda axtarsa da nə “Blekbern” (İngiltərə), nə “Zvolle” (Hollandiya), nə də “Neftçi”yə lazım olmadığından Türkiyəyə qayıdıb.
Qeyd edək ki, “Ərciyəsspor” 12 turdan sonra birinci dəstənin 18 komandası arasında 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Ərciyəsspor” 12 turdan sonra birinci dəstənin 18 komandası arasında 14-cü yerdə qərarlaşıb.
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
0
0