“Corriere dello Sport” Əmrəni “Milan”a aparır
11.12.2008 - 11:56
Türkiyə yığmasının və “Fənərbaxça”nın üzvü Əmrə Bələzoğlu yenidən İtaliya A seriyasında peyda ola bilər. Apasport.az saytının məlumatına görə, bu iddia ilə İtaliyanın “Corriere dello Sport” qəzeti çıxış edib.
İtaliyalı jurnalistlər 28 yaşlı yarımmüdafiəçinin xidmətində “Milan”ın maraqlı olduğunu qeyd ediblər. Komandanın orta xətt oyunçusu Cennaro Gattuzo zədə ucbatından mövsümü başa vurduğundan Bələzoğlunun transferi gündəmə gəlib.
Qeyd edək ki, Əmrə İtaliyada legioner həyatı yaşayıb. 2001-ci ildə “Qalatasaray”dan “İnter”ə transfer olunan futbolçu bu kollektivin heyətində üç mövsüm çıxış edib.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0