“Borussiya” azərbaycanlı futbolçuya 9 milyon dollar xərcləməyə hazırdır
11.12.2008 - 12:00
“Qalatasaray”ın müdafiəçisi Sərvət Çətinə daha bir komanda elçi düşüb. Apasport.az saytının məlumatına görə, “Portsmut”un (İngiltərə) ardınca, “Borussiya” (Dortmund, Almaniya) da 27 yaşlı futbolçunu heyətə cəlb etmək istəyir.
Almaniyalılar son bir ayda Sərvəti yaxından izləyirlər. “Borussiya”nın baş məşqçisi Yurgen Klopp arxa xətdəki problemləri məhz onun sayəsində həll etmək niyyətindədir. Dortmund təmsilçiləri yaxın günlərdə “Qalatasaray”a rəsmi təklif göndərəcəklər.
Əslən azərbaycanlı olan Çətinin transfer qiyməti artıq 18 dəfə bahalaşıb. O, 2007-ci ilin yayında “Sivasspor”dan 500 min ABŞ dollarına alınıb. İndi isə Sərvətin qiyməti 7,5 milyon avroya (təxminən 9 milyon dollar) bərabərdir.
Bununla belə, “Qalatasaray” rəhbərliyi Türkiyə yığmasının da aparıcı üzvlərindən sayılan bu futbolçunu heç bir kluba satmaq istəmir. “Cim Bom” rəsmiləri Çətinlə 2010-cu ildə bitəcək müqavilənin müddətini uzatmaq fikrindədirlər.

- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0