Raul: avrokubokların yeni rekordçusu
11.12.2008 - 15:06
İspaniyanın “Real” klubunun futbolçusu Raul yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun kapitanı avrokuboklar tarixində ən çox qol vuran futbolçu olub. Çempionlar Liqasının “Zenit”lə qarşılaşmasında rusiyalıların qapısına iki dəfə yol tapan Raul avrokuboklarda özünün 66-cı qolunu qeyd edib. Bununla da, ispaniyalı “Milan”ın hücumçusu Filippo İnzaqiyə məxsus rekordu yeniləyib. Belə ki, italiyalı indiyədək qitə kuboklarında 65 dəfə qol sevinci yaşamışdı.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
0
0