77 yaşlı məşqçi azərbaycanlı futbolçunu asmaq istəyir
11.12.2008 - 16:59
Ukraynalı mütəxəssis Anatoli Zayayev Kiyevin “Dinamo” klubunda çıxış edən soydaşımız Aleksandr Əliyevi asmaq istəyir. Apasport.az saytının məlumatına görə, 77 yaşlı məşqçi Çempionlar Liqasında “Arsenal”la görüşdə qırmızı vərəqə almaqla komandanı pis vəziyyətdə qoyan Əliyevi tənqid atəşinə tutub. Futbolçunun özbaşınalığının qarşısının alınmasını tələb edən Zayayev kəskin fikirlər bildirməkdən çəkinməyib: “Həmin görüşdə kiyevlilər yaxşı futbol nümayiş etdirsələr də, Əliyev hər şeyi korladı. Onun yekəxana oynadığını demişəm və sözlərimə geri götürmürəm. Hakimə qarşı belə hərəkətə görə, Əliyevi sadəcə, bir yerindən asardım. Doğrudanmı Aleksandr özünü xilaskar sayır. Mən Əliyevi cərimələməzdim, komandadan qovardım”.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0