İsgəndər Cavadovla Maşallah Əhmədov fənd göstəriblər
11.12.2008 - 17:40
Azərbaycan futbolunun veteranları uşaqlarla görüş keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, bu gün Olimpiya Ehtiyatları İdman Tədris Mərkəzində olan veteran futbolçular 1995-1996-cı il təvəllüdlü uşaqlar üçün açıq dərs keçiblər. Tədbir AFFA ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ölkə prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müvafiq müddəalarının yerinə yetirilməsi məqsədilə təşkil olunub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun və AFFA-nın baş katibinin müavini Elxan Əsədovun iştirak etdiyi tədbirdə veteran futbolçular Maşallah Əhmədov, İsgəndər Cavadov və Mübariz Zeynalov uşaqlara topla davranmaqla bağlı müxtəlif fəndlər nümayiş etdiriblər.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0