Qurban Qurbanov: “Qarabağ” heç kimlə müqavilə bağlamayıb
12.12.2008 - 18:10
“Rəşad Sadiqov və Elnur Allahverdiyevlə müqavilə bağlamağımız doğru deyil”. Bunu apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
“Neftçi”nin alman baş məşqçisi Hans-Yurgen Gedenin əsas komandadan kənarlaşdırdığı Rəşad Sadiqovla Elnur Allahverdiyev “Qarabağ”a transfer olunduğu haqda məlumatlar yayılıb. Bu məsələyə aydınlıq gətirən Qurbanov qış fasiləsində hələ ki yeni transfer reallaşdırmadıqlarını bildirib: “Rəşadla Elnurun transfer hüququ “Neftçi”yə məxsusdur. Onların bu klubla müqaviləsi var. Belə olan halda, futbolçularla rəsmi anlaşma imzalamaq mümkün olmur. Sadiqov və Allahverdiyevin keçidi ilə bağlı son vaxtlar heç danışığımız olmayıb”.
Qeyd edək ki, Rəşad hazırda Həcc ziyarətindədir.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0