Aleks: “Beşiktaş”a keçə bilərəm
13.12.2008 - 14:30
“Fənərbaxça” klubunun kapitanı Aleks De Souza azarkeşlərinin qəzəbinə səbəb olan açıqlama verib. Apasport.az saytının məlumatına görə, 31 yaşlı braziliyalı yarımmüdafiəçi karyerasını “Fənər”in prinsipial rəqiblərindən “Beşiktaş”da davam etdirmək istəyir. Hazırkı komandasında beş ildir çıxış edən və bu müddətdə iki dəfə Türkiyə çempionu olan Aleks müqaviləsi mövsümün sonunda bitir. Bu günə qədər müqavilənin uzadılması ilə bağlı rəhbərlikdən təklif almayan futbolçu dərdini həmyerlisi Nobre ilə bölüşüb. Aleks “Fənər”də bir yerdə oynadığı, son iki ildə isə “Beşiktaş”da çıxış edən keçmiş yoldaşına bunu söyləyib: “Mən peşəkaram. İndi daha çox “Fənərbaxça”da qalmaq istəyirəm. Ancaq klubum təklif göndərməsə, anlaşa bilməsəm, “Beşiktaş”a keçə bilərəm. Bu komandada oynamaq istərdim”. İlk üç mövsümdə ildə 2,5 milyon Avro qazanan Aleksin son iki mövsümdə qazancı 3,5 milyon olub.
Qeyd edək ki, indiyə kimi “Fənərbaxça”dan “Beşiktaş”a 10 futbolçu keçib.
Qeyd edək ki, indiyə kimi “Fənərbaxça”dan “Beşiktaş”a 10 futbolçu keçib.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0