Türkiyə nəhəngləri zarafatcıl futbolçunu istəyir
15.12.2008 - 15:06
Türkiyə nəhəngləri İspaniyanın ən titullu futbolçularından sayılan İvan Helqueraya elçi düşüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçinin xidmətində “Fənərbaxça” və “Beşiktaş” klubları maraqlıdır.
Türkiyə təmsilçilərinin bu transferi gerçəkləşdirməyə can atması səbəbsiz deyil. Belə ki, bu yaxınlarda “Valensiya”dan qovulan Helquera azad agent statusuna malikdir və onun keçidi üçün pul ödənilməyəcək. Artıq “Fənərbaxça” və “Beşiktaş” rəsmiləri iki dəfə Çempionlar Liqasının qalibi olan təcrübəli futbolçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, 2007-ci ildə Madrid “Real”ından transfer edilən Helquera zarafatın qurbanı olub. 33 yaşlı müdafiəçi “Valensiya”nın baş məşqçisi Unai Emerinin lövhə üzərində işlədiyi taktiki sxemdə dəyişiklik etdiyi üçün komandadan qovulub.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0