Sərvətin “Marsel”in maraq dairəsinə düşməsi təsdiqləndi
16.12.2008 - 12:03
Türkiyə yığmasının və “Qalatasaray”ın üzvü Sərvət Çətinin “Marsel”in maraq dairəsinə düşməsi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisinin baş məşqçisi Erik Gerets əslən azərbaycanlı müdafiəçinin xidmətində maraqlı olduqlarını deyib.
“Sərvətlə bağlı rəhbərliyə raport vermişəm. O, Avropanın istənilən iddialı komandasında oynaya biləcək səviyyədədir. Fiziki cəhətdən mükəmməldir. Sürətli, təkbətək mübarizələrdə inanılmaz dərəcədə bacarıqlıdır. Sərvətin məsələsinə qarşıdakı həftələrdə aydınlıq gələcək”.
Qeyd edək ki, Gerets iki il “Qalatasaray”a rəhbərlik edib. Komandanı debüt mövsümündə çempion edən belçikalı mütəxəssis, növbəti mövsümdə üçüncülüklə kifayətlənib. Bu səbəbdən klub rəhbərliyi Geretsi istefaya göndərib. Onun rəhbərlik etdiyi “Olimpik” hazırda Fransa çempionatında 32 xalla ikinci pillədə qərarlaşıb. Marselliləri lider, Lion “Olimpik”indən cəmi 3 xal ayırır.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0