Pele cizgi filminə çəkilir
17.12.2008 - 17:03
Ötənlərin məşhur braziliyalı futbolçusu Pele Hindistanda cizgi filminin baş qəhrəmanı olacaq. Apasport.az saytının məlumatına görə, üçqat dünya çempionunun obrazının istifadə hüquqlarına sahib olan Braziliya şirkəti də bunu təsdiqləyib. Multfilmi çəkən şirkət Pelenin obrazının kompüter oyunlarında və suvenirlərin istifadə olunması zamanı hüququnu da əldə edib. Şirkətin rəhbəri Sureş Kumarın sözlərinə görə, multfilmin ssenarisi haqda danışmaq hələ tezdir.
Qeyd edək ki, karyerası boyu 1000-dən çox qol vuran Pele indiyədək bədii filmdə çəkilib. Hücumçu 1981-ci ildə çəkilən “Qələbəyə doğru qaçış” filmində baş rolun ifaçılarından biri olub.
Qeyd edək ki, karyerası boyu 1000-dən çox qol vuran Pele indiyədək bədii filmdə çəkilib. Hücumçu 1981-ci ildə çəkilən “Qələbəyə doğru qaçış” filmində baş rolun ifaçılarından biri olub.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0