“Bakı” “Kayserispor” və “Sivasspor”dan futbolçu istəyir
17.12.2008 - 18:19
“Bakı” klubu Türkiyə Superliqasında oynayan futbolçuları heyətinə cəlb etmək istəyir. Komandanın vitse-prezidenti Zeynal Məmmədov apasport.az saytına açıqlamasında “Kayserispor” və “Sivasspor” klublarında çıxış edən legionerlərin icarəyə götürməklə bağlı danışıqlar apardığını bildirib. Danışıqlar yekunlaşmadığı üçün konkret ad çəkməyən vitse-prezidentin sözlərinə görə, hədəflərinə düşən legionerlərin keçidi icarəyə götürməklə bağlıdır: “Bizə çoxlu əcnəbi futbolçular təklif olunub. Hədəfimizdə Portuqaliyadan yenə futbolçu var. Bundan əlavə, Braziliya və Afrikadan da oyunçular cəlb edə bilərik. Afrikalılar isə Avropada, Bolqarıstan, Rumıniya kimi ölkələrdə çıxış edənlərdir. Hələ ki danışıqlar yekunlaşmadığı üçün konkret ad çəkmək istəmirəm. Onu deyə bilərəm ki, əsasən yarımmüdafiə və hücum xəttinə futbolçular axtarırıq”.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0